Kitabxana      İşğaldan əvvəl kitabxanamız    E-kataloq       E-kitabxana         Tədbirlər         Normativ sənədlər        Əlaqə    

      

 
 
 
 
 

 

 

 

Qubadlı rayonunda ilk kitabxana 1936-cı ildən fəaliyyətə başlayıb. Mərkəzləşmə işi Qubadlı rayonunda 1980-ci ildə başlayıb. Rayon Mərkəzi Kitabxanasında 4 şöbə var: Medodika və biblioqrafiya, Kitabişləmə və komplektləşdirilmə, Mübadilə, Oxuculara xidmət, Səyyar kitabxana fəaliyyət göstərmişdir.

1993-cü ilin 31 avqust Qubadlının işğalı zamanı kitabxananın 82-kənd kitabxana filialında 89-nəfər kənd kitabxana işçisi, 40 nəfər mərkəzi kitabxana işçisi olmuşdur. 

1993-cü il hesabatına görə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda 600 minə yaxın kitab fondu, 2 mərtəbəli 24 otaq, oxu zalı, 21300 oxucu kontingenti olmuşdu.

1993-cü il rayon işğal olunduqdan sonra Qubadlı rayon M.K.S öz fəaliyyətini Sumqayıt şəhərində yenidən qurmağa başlamışdır.

Kitabxananın ilkin əsası 600 ədəd kitabla qoyulmuşdu. Bakı, Abşeron, Sumqayıt kitabxanalarından kitablar götürülmüş, fond yenidən komplektləşdirməyə başlamışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 2004-cü il 12 yanvar tarixli sərəncamı ilə kütləvi nəşrlərin latın qrafikası ilə yenidən nəşr olunması barədə verdiyi sərəncamdan sonra kitabxananın fondu günü-gündən zənginləşdirilmişdir.

Hazırda kitab fondu 26 min nüsxədən çoxdur. Yeni nəşr olunmuş kitablar kitabxanaya daxil olmaqdadır. Kitabxanada oxucuların sayı 3000 nəfəri təşkil edir.

Respublikamızda gedən ictimai-siyasi proseslər kitabxanamızda təbliğat vasitəsinə çevrilmişdir.

Mövcud vəziyyətə görə kənd kitabxana filialları öz fəaliyyətini davam etdirə bilməmiş, hazırda orta aylıq əmək haqqı alırlar.

M.K.S hazırda Sumqayıt şəhəri, 28 May mədəniyyət evində 5 otaqda yerləşir. Oxuculara xidmət şöbəsi gündəlik tələbatı ödəyərək, qalan şöbələr otaqların və müvafiq kitabxana nəqliyyatının olmaması ucbatından işində çətinliklər törədir.

Son vaxtlar möhtərəm Prezidentimizin Azərbaycan Respublikası kitabxana informasiya sahəsinin 2008-2013-cü illərin inkişafı üzrə Dövlət Proqramına uyğun işlərimizin hazırlıq mərhələsi başlanılmışdır. «2009-cu il Kitabxanaların Avtomatlaşdırılması ili» elan olunması ilə əlaqədar kitabxanamızda «Dağıdılmış sərvətlər, məhv olmuş kitabxanalar»,  «Dirçələn fondlar» başlığı altında guşə yaradılmışdır.

Kitabxanada kompyuter sisteminin olmaması Dövlət Proqramının yerinə yetirilməsində ümumi işimizə mane olur.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 2008-ci il 22 dekabr tarixli 103 saylı sərəncamı ilə əlaqədar  «2009-cu il Uşaq ili» elan olunması ilə əlaqədar MKS «Bu günün istedadı, sabahın sənətkarıdır» adlı silsilə tədbirlər keçirmişdir.

«1941-1945 illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram»ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22. 06. 2009-cu il tarixli sərəncamının icrası ilə əlaqədar Qubadlı rayon icra hakimiyyəti yanında Şura iclasının 15 avqust 2009-cu il tarixli 15 saylı qərarı ilə təsdiq edilmiş tədbirlər planının icrasını təmin etmək məqsədi ilə Milli Proqramdan irəli gələn vəzifələr kitabxanamızın işində fəaliyyət proqramına çevrilərək, Tədbirlər planı hazırlanmış, geniş sərgi açılmış, müharibə veteranları ilə görüşlər nəzərdə tutulmuşdur.

 
Mənbələr